Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə
şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, növbəti tədris ili üçün
elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə
ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı
vasitəsilə həyata keçirilir.

Teqlər: