FHN Gəncədə baş verən partlayışla bağlı məlumat yayıb

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində
ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən
partlayış hadisəsi baş verib. Nəticədə mənzilin 1 otağının və
mətbəxinin yanar konstruksiyaları 32 m² sahədə və binanın çardağı
25 m² sahədə yanıb. Partlayışın zərbə dalğasının təsirindən
mənzilin pəncərə çərçivəsi yerindən çıxıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yanğın yerinin
kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun
meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə
təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin
qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

Teqlər: