Şabranda 16 yaşlı gənc itkin düşdü

Şabranda 16 yaşlı oğlan itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a verilən məlumata görə, Şabran rayon sakini,
2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən
çıxaraq bir daha geri qayıtmayıb.

S.Qasımovun boyu 160 santimetrdir, orta bədən quruluşludur.

Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara
ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı
olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055)
650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş
olunur.

Teqlər: