Sabirabadda məscid binası yanıb

Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: