Braziliyada koronavirusdan ölənlərin sayı 520 min nəfəri ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 65 163 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 622 304 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 029 nəfər ölüb, ölənlərin ümumi sayı 520 095 nəfər təşkil edir.