Sabirabadda ev yanıb, 3 nəfər xəsarət alıb

Xəbər - Samir Əli – Trend:

Sabirabad rayonunun Rüstəmli kəndində ümumi sahəsi 90 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: