“Baku Steel Company” şirkətinin rəhbəri barədə 4 ay həbs qərarı verildi

Xəbər - Samir Əli – Trend:

Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

AzerTimes-ın məlumatına görə, məhkəmə vəsatəti təmin edib və R. Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.


Xatırladaq ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Teqlər: