Vəkilin evindən cəsəd tapıldı

Vəkilin evindən cəsəd tapıldı

Paytaxtın Badamdar qəsəbəsi, İ.Ağayev küçəsi 3, mənzil 73-də yaşayan, 1960-ci il təvəllüdlü Qəhrəmanov Sədi Süleyman oğlunun meyiti aşkar edilib.

Onun cəsədi bağban kimi işlədiyi Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən bağdan tapılıb.

O ürək çatışmamazlığından vəfat edib.

Bağbanın vəfat etdiyi bağ keçmiş millət vəkili Ərəstun Cavadova məxsus olub.