AMB’la bağlı qanun qəbul edildi

AMB’la bağlı qanun qəbul edildi

“Azərbaycan Mərkəzi Bankı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

Qanun layihəsi Azərbaycan Mərkəzi Bankının (AMB) mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etmək məqsədi ilə hazırlanıb.

Qanun layihəsində AMB-nin mənfəətindən daha məqsədli istifadəni təmin etmək üçün bu vəsaitin (mənfəətin sərbəst qalığı) qanunla müəyyən edilmiş qaydada dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna köçürülməsi təklif olunur.

Qeyd edək ki, qanunun hazırda qüvvədə olan 12.2-ci maddəsinə əsasən kapital ehtiyatları formalaşdırıldıqdan (Qanunun 10.3-cü maddəsinə görə Mərkəzi Bankın kapital ehtiyatları onun nizamnamə fondundan az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır) sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.