Sabahdan bu yol bağlı olacaq

Sabahdan bu yol bağlı olacaq

Sabah Bakının mərkəzi yollarından biri bağlanacaq.

23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Formula 1 – Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı bu gün trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu trek – Xaqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.