Qubada maşın çaya aşdı

Qubada maşın çaya aşdı

Bakı – Quba yolunun Siyəzən rayonundan keçən hissəsində içərisində bir ailə olan maşın qəzaya uğrayıb.

Qəza rayonun Ataçay ərazisində baş verib. “VAZ 2107” markalı avtomobil çaya aşıb.

İnqilab, Lətifə və 28 yaşlı Məhəmməd Nəcəfov Bakıdan Qubaya gedirmiş.

Ətrafdakıların köməyilə yaralılar çaydan çıxarılaraq Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar, vəziyyətləri ağırdır. Mərkəzin baş həkimi Dadaş Həsənovun verdiyi məlumata görə, İnqilab Nəcəfov tam komada olduğundan Bakıdan neyrocərrah çağrılıb.

Qəzaya düşən ailə Bakının Qaradağ rayonunun Sahil qəsəbə sakinləridir.

qubada-caya-asan-masin