Sabah yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Xəbər - Humay Ağacanova – Trend:

Bakıda və Abşeron yarımadasında martın 4-də gün ərzində arabir
yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, cənub-qərb
küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir
23-28 m/s-dək güclənəcəyi, 05-də yenidən güclü cənub-qərb küləyi
ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 3-dən 4-ə keçən gecə şimal və
qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin
dəyişəcəyi, şimşək çaxacağı, yağıntılı olacağı,martın 4-də bəzi
yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar
yağacağı, 5-də yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb
küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək
güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.
Əsasən Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun
artacağı gözlənilir.

Teqlər: