Sabah temperatur 30 dərəcəyədək yüksələcək

Aprelin 27-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən
Trend
-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi
yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq
küləyi əsəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıda
gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma
daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 %
olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gündüz bəzi
yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər
saatlarında duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti,
dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Teqlər: