Mənzilin köhnə mülkiyyətçisi qazla bağlı yaranan borca görə məsuliyyət daşıyır?

Məlum olduğu kimi kommunal sahədə mütəmadi rastlaşdığımız
məsələlərdən biri hər hansı bir mənzilin köhnə mülkiyyətçisinin qaz
təchizatı ilə bağlı yaranmış borclarıdır. Bu cür hallarla mütəmadi
olaraq yeni mənzil sahibləri üzləşir və bu da onlarda haqlı
narazılığa gətirib çıxarır. Bəs sözügedən məsələ ilə bağlı mövcud
qanunvericilikdə tələblər nədən ibarətdir?

Bununla bağlı hüquqşünas Arif NəzərovTrend-in sualını cavablandırıb.

Hüquqşünas bildirib ki, “Qaz təchizatı haqqında” Azərbaycan
Respublikası Qanununun 11-ci maddəsinə əsasən qaz paylayıcısı ilə
istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata
keçirilir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə
uyğun olaraq, qaz paylayıcısının istehlakçıya verdiyi qazın
sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı
tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay
müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini
dayandıra bilər.

O bildirib ki, eyni zamanda, Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların
alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun
keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə
alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün
vermə və ya qəbul etmə vəzifəsini icra edir. Bu baxımdan, mənzilin
alğı-satqısı müqaviləsində kommunal, o cümlədən qaz təchizatına
dair borların satıcı tərəfindən ödənilməsinə dair müddəaların
nəzərdə tutulması vacibdir.

Yekun olaraq hüquqşünas bildirib ki, mənzilin köhnə
mülkiyyətçisinin qaz təchizatı ilə bağlı yaranmış borcunun mülki
qanunvericiliyin tələbləri nəzərə alınmaqla məhkəmə qaydasında
tələb edilməsi mümükündür.

Teqlər: