SABAH qruplarına qəbul olmaq üçün mayın 15-də keçirilmiş
imtahanın nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahan
iştirakçıları Mərkəzin internet saytında topladıqları bal və “cavab
kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahanda topladıqları bal haqqında məlumatı mobil
operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də
öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1397 tələbədən 390 nəfəri
imtahana gəlməyib.