Mobil telefon cihazları bazarında araşdırmalar davam edir

Dünyada baş verən iqtisadi proseslərin fonunda qeyri-ərzaq
məhsullarının qiymətində dəyişikliklərlə əlaqədar İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və
haqsız rəqabətə yol verilməməsi üçün tədbirləri davam etdirir.

Xidmətdən AzerTimes-a verilən məlumata görə, bu tədbirlər
çərçivəsində Dövlət Xidməti tərəfindən mobil telefon cihazları
bazarında fəaliyyət göstərən təsərrüfat subyektlərinə zəruri sənəd
və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməməklə
araşdırmanın çevik və effektiv aparılmasına əngəl yaratdığı üçün
“ABC-TELECOM” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət
göstərir) barəsində antiinhisar qanunvericiliyinin tələblərinin
pozulması əlamətləri üzrə iş qaldırılıb.

İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet
səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.)
yerləşdirilib.

Teqlər: