Azərbaycan Respublikası Prezidentinin hədiyyəsi Kraliça II Yelizavetaya təqdim olunub (FOTO)

12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən
ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük
Britaniya və Şimali İrlan¬diya Birləşmiş Krallığının Kraliçası II
Yelizaveta Azərbaycan Res-publikasının Atçılıq Federasiyasının
prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini
Vindzor sarayında qəbul edib.

AzerTimes-ın məlumatına görə, Vindzor Kral Atçılıq Tədbirləri”
çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük
maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ
atı təqdim olunub.

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında
bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil
verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin
yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının
heykəl¬ləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.

Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkürlərini ifadə
edib, “Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə
minnətdarlığını bildirib.

Teqlər: