Sabah da hava yağışlı, küləkli olacaq

Mayın 10-a ölkə ərazisində gözlənilən hava şəraiti
açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı
ehtimalı var. Cənub küləyi əsəcək.

Abşeron yarımadasında gecə 11-13° isti, gündüz 15-17° isti
olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
70-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir
yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı,
dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi
əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-18° isti,
dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti olacaq.

Teqlər: