Sabah Bakıda 32 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən
Trend
-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, Bakıda
gecə 17-19° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761
mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz
bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış
yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq
küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 31-36° isti, dağlarda
gecə 2-7° isti, gündüz 17-22° isti olacaq.

Teqlər: