Milli Məclis 2021-ci il dövlət büdcəsinin icrası haqqında layihəni birinci oxunuşda qəbul edib

Milli Məclis “Azərbaycan Respublikasının 2021-ci il dövlət
büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun
layihəsini qəbul edib.

AzerTimes-ın məlumatına görə, layihə haqqında Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir
Mirkişili məlumat verib.

Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri
26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3
milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə
27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1
120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin
kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla
müqayisədə 67,1 faiz azdır.

Müzakirələrdən sonra büdcə səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.

Teqlər: