Sabah 23 dərəcəyədək isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraiti
dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə və səhər
bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın
temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə
8-10° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə
sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq.
Lakin gündüz bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə
duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti,
dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

Teqlər: