Saatlıda məktəblilər avtobusda dəm qazından zəhərləndi

Saatlıda məktəblilər avtobusda dəm qazından zəhərləndi

Saatlıda məktəblilər avtobusda dəm qazından zəhərlənib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

İlkin məlumata görə, dərsə gedən məktəblilər avtobusda olarkən dəm qazının sızmasından qəfil halları pisləşib.

Şagirdlər dərhal Saatlı Rayon Mərkəzi xəsətxanasına çatdırılıb. Məktəblilərin səhhətinin qənaətbaəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: