Saatlı və Hacıqabul rayonlarında yaşayış yerlərini tərk edən
koronavirus xəstələri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, Saatlı rayon sakini M.Eyvazova COVID-19
testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub
və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk
etməməsi tapşırılıb.
Lakin RPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə
həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış
yerini tərk etdiyi müəyyən olunub və o, tibbi prosedurlar
gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq
yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus
infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini E.Əsədov
karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən
olunub və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana
qaytarılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.