Gəncədə narkokuryer saxlanılıb (FOTO)

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə
Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə
gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək
ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, taksi
fəaliyyəti ilə məşğul olan, Gəncə şəhər sakini Anar Qarayev sosisal
şəbəkələr üzərindən əcnəbi vətəndaşdan Bakı şəhəri ərazisində
gizlədilən narkotik vasitəni 300 manat qarşılığında Gəncə şəhərinə
gətirməyə razılaşıblar.


Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə
gətirilən zaman avtomobildən çəkisi 203 qram olan “heroin” aşkar
olunaraq götürülüb.

Teqlər: