Evinizin tüstü bacalarını bu yolla təmizlədin, əks halda cərimə olunacaqsınız

Xəbər - Elçin Mehdiyev – Trend:

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə
havalandırma və havadəyişmə xətlərinə texniki xidmət lisenziya
almış ixtisaslaşmış şirkətlər və ya “Azəriqaz” İB tərəfindən həyata
keçiriləcək.

“Azəriqaz”dan AzerTimes-ın sorğusuna cavab olaraq verilən məlumata
görə, bu məsələdə ümumi nəzarət İB tərfindən həyata keçiriləcək.
Xidmətə görə qiymətlər xidmət göstərən şirkət və qarşı tərəf
arasında sövdləşmə əsasında müəyyən ediləcək.

Qeyd edək ki, fevralın 15-də Milli Məclis qaz qurğuları və qaz
xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə
xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə müəyyən
edilən yeni cərimələrlə bağlı layihəni ikinci oxunuşda təsdiq
etdi.


Belə ki, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz
manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan
min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz
manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı
hadisələrinin qarşısının alınması üçün qanunvericiliyin
təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Teqlər: