Saakaşvilinin kənarda olmasına icazə versək… – Kobaxidze

Saakaşvilinin kənarda olmasına icazə versək… – Kobaxidze

Əgər nəzəri olaraq Mixail Saakaşvilinin kənarda olmasına icazə versək, o, birbaşa Gürcüstan siyasətinə qərq olacaq. Siyasəti tərk etmək açıqlaması yalnız taktiki addımdır.

AzerTimes xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bildirib.

Onun fikrincə, eks-prezident Mixail Saakaşvilinin Gürcüstan siyasətindən getməsi ilə bağlı söhbətlər onu həbsdən azad etmək üçün sadəcə bir yoldur:

“VHM lideri Nika Meliya dedi ki, bu, (Saakaşvilinin siyasətdən getməsi – red.) sadəcə taktikadır və bunu ictimaiyyət də bilir. Onun istədiyi tək şey indi həbsxanadan çıxmaqdır və ona görə də bu taktiki addımlara əl atır. Nəzəri olaraq, Saakaşvilini azadlığa buraxsaq, o, birbaşa Gürcüstan siyasətinin içərisinə qərq olacaq. Heç kim bunun başqa cür olacağına inanmır”.

Teqlər: