Tiflis teleqülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı

Tiflis teleqülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı

Gürcüstanın paytaxtı Tiflisin əsas simvollarından olan – televizya qülləsi, Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AzerTimes xəbər verir ki, teleqüllə Bakı Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Gürcüstana səfəri ilə əlaqədar Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Qeyd edək ki, Eldar Əzizov sabah “Tbilisoba” bayramında iştirak etmək üçün Gürcüstanda səfərdədir.

Teqlər: