Rüşvət tələb etməsi barədə səs yazısı yayılan məktəb direktoruna cinayət işi açıldı

Xəbər - Samir Əli – Trend:

Ağstafa rayonunda səs yazısı yayılan məktəb direktoru barədə
cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki,
mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı
Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla “Ş.Abadov” adına Aşağı Kəsəmən kənd tam orta
məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə
səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin
müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif
məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən
edilib.


Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin
308.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Teqlər: