AZAL-a yeni vitse-prezident təyin olunub

Xəbər - Fərid Zöhrabov – Trend:

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) yeni vitse-prezident
təyin olunub. Bu vəzifə Samir Rzayevə həvalə olunub.

Trend xəbər verir ki,
QSC-nin Prezidenti Cahangir Əsgərov yeni vitse-prezidenti
kollektivə təqdim edib.

Cahangir Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu
vəzifəyə təyin edilib.


Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini
bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham
Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və
investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

AZAL prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik
olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə
böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.

Teqlər: