“Omikron” ştammına yoluxanlarda iştah zəifliyi müşahidə olunur – Həkim

Xəbər - Fərid Zöhrabov – Trend:

Koronavirusun “omikron” ştammının simptomları çox vaxt “delta”
ştammının simptomlarına bənzəyir.

Bunu Trend-in sualına cavab olaraq
infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

“Son zamanlar “omikron” ştammına yoluxanların ən çox şikayət
etdiyi hal iştahın olmamasıdır. Bu, əsasən xəstəliyi kəskin keçirən
insanlarda müşahidə edilir. Bunun da əsas səbəbi yuxarı tənəffüs
orqanlarında güclü iltihabın baş verməsidir. Buna görə xəstəliyə
yoluxan insanlar narahat olmasın. Bir müddət sonra qidalanma
qaydasına düşəcək”, – həkim qeyd edib.

Onun sözlərinə görə, yeni ştamm yoluxan insanın sağlamlığına
əvvəlki ştamlar kimi təsir edir, əsasən laxtalanma, ishal,
sümüklərin ağrıması, iştahsızlıq, sinir sistemi, yaddaşın
zəifləməsi kimi fəsadlara yol açır. Bu hal xəstə sağaldıqdan sonra
da bir müddət davam edə bilər.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 781 538 nəfərin
koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib. 18
167 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 10 291, bu günə qədər isə ümumilikdə 6 522 155 test
icra olunub.

Twitter:@FaridZohrabov

Teqlər: