Rüstəm İbrahimbəyov dəfn olunur (FOTO)

Martın 16-da saat 12:00-da Nizami Kino Mərkəzində mərhum Xalq
yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib.

Trend xəbər verir ki, vida mərasimindən sonra R.İbrahimbəyovun
nəşi Birinci Fəxri xiyabana gətirilib.

Mərhum burada öz qardaşı, görkəmli yazıçı və kinorejissor Maqsud
İbrahimbəyovun məzarının yaxınlığında dəfn edilir.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə
Moskvada vəfat edib və martın 13-də onunla Moskvada vida mərasimi
keçirilib.

Teqlər: