Əhali daha çox hansı məhsullara pul xərcləyir?

Azərbaycan əhalisinin daha çox hansı məhsullara pul xərcləməsi
açıqlanıb.

AzerTimes-ın
məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında alıcıların
son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,4
faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün
məmulatlarının, 15,5 faizi toxuculuq məhsulları, geyim və
ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının,
4,9 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər,
telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 faizi
isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə 2022-ci ilin yanvar-fevral aylarında pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 7,0 milyard manatlıq, o cümlədən
3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Teqlər: