Rusların təqdim etdiyi PUA Çin istehsalı çıxdı – Foto

Rusların təqdim etdiyi PUA Çin istehsalı çıxdı – Foto

“Almaz-Antey” dövlət korporasiyası tərəfindən Rusiya ordusu üçün istehsal edilən “Dobrınya” PUA-sı Çin kvadrokopterinin surətidir.

AzerTimes xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

“Almaz-Antey”in yeni məhsulu haqqında Rusiya telekanalları süjet hazırlamışdılar. Süjetdə qeyd olunurdu ki, aparat Sankt-Peterburqdakı Obuxov zavodunda buraxılıb və bunun üçün zavoda 4 ay vaxt lazım olub. PUA-nın bütün komponentləri də Rusiya istehsalıdır”, – məlumatda qeyd olunub.

Lakin nəşr qeyd edir ki, yeni Rusiya dronu Çinin “iFlight Nazgul5 Evoque” kvadrokopterinin tam oxşarıdır. Dron yalnız qapağının üzərindəki “Dobrınya” yazısı ilə fərqlənir. Bundan başqa, rus dronunun akkumulyatorunun üzərindəki ştrix-kod 69-la başlayır, bu da onun Çin istehsalı olduğunu göstərir. Üstəlik, “Dobrınya” Çinin “RadioMaster TX12” pultu ilə idarə olunur.

Qiymətlərə gəlincə, rus dronu bazara 130 min rubla çıxarılıb. Çindəki internet-mağazalarda isə “iFlight Nazgul5 Evoque” kvadrokopterinin qiyməti akkumulyator və pultla birlikdə 764 avroya (48.5 min rubl) təklif edilir.

Teqlər: