NATO 70 il əvvəlki prioritetinə qayıdır – Lavrov

NATO 70 il əvvəlki prioritetinə qayıdır – Lavrov

NATO soyuq müharibənin prioritetinə qayıdıb. Rusları Avropanın kənarında, amerikalıları isə Avropada saxlamaq istəyirlər. Çünki ABŞ bu gün bütün Avropa Birliyini əlində saxlayır.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“NATO-nun necə yaradıldığını xatırlayırıq. O zaman alyansın ilk baş katibi cənab İsmey formul irəli sürmüşdü: “Rusları Avropadan kənar, amerikalıları Avropada, almanları isə nəzarətdə saxlamaq lazımdır”. Bu gün baş verənlər NATO-nun 70 il bundan əvvəl işlənib hazırlanmış konseptual prioritetlərə qayıtdığını göstərir”, – Lavrov bildirib.

Teqlər: