Ruslar Melitopoldan geri çəkilir: eyni ssenari…

Ruslar Melitopoldan geri çəkilir: eyni ssenari…

İşğal altındakı Melitopolda rus qoşunları Xersonda olduğu kimi geri çəkilərkən eyni ssenarini təkrarlayırlar.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

O qeyd edib ki, rus hərbçiləri geri çəkilərkən yol boyu yaşayış məntəqələrinə daxil olaraq dəyərli hər şeyi oğurlayırlar.

Qumenyuk bildirib ki, indi rus hərbçiləri arxa cəbhədə müdafiə xətlərini təchiz etməyə çalışırlar və heç olmasa, nəsə etdikləri barədə rəhbərliyə hesabat verirlər.

Teqlər: