Ruslar doğum evini atəşə tutdu: ölən var

Ruslar doğum evini atəşə tutdu: ölən var

Bu gecə Zaporojye vilayətinin Volnyansk şəhərində yerli xəstəxananın doğum şöbəsi Rusiya tərəfindən atəşə tutulub. Nəticədə körpə uşaq həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux deyib.

“Atəş zamanı qadın və onun yeni doğulmuş uşağı, həmçinin həkim doğum şöbəsində olub. Xilasedicilər həkimi və qadını dağıntılar altından sağ çıxara biliblər”, – o bildirib.

Teqlər: