İstanbulda daha böyük zəlzələ ola bilər?

İstanbulda daha böyük zəlzələ ola bilər?

Hazırda Düzce vilayətində daha böyük dağıdıcı gücə sahib zəlzələnin olacağı gözlənilmir. Çünki sözügedən bölgədə əvvəlcədən bir rahatlama var.

Bu sözləri AzerTimes-a səhər saatlarında Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündəki zəlzələ haqqında danışan Yıldız Texnik Universitetinin Təbiət Elmləri Araşdırma Mərkəzinin sədri, professor Şükrü Ərsoy deyib.

Professor İstanbulda Düzce ilə əlaqəli böyük zəlzələnin də proqnozlaşdırılmadığını bildirib:

“Bölgədə səhər saatlarında baş verən zəlzələ ilə eyni maqnitudada növbəti zəlzələ gözlənilmir. Bu, İstanbulda da böyük gücdə zəlzələyə səbəb olacaq yeraltı hərəkətlənmələrə yol açmaz”.

Qeyd edək ki, bu gün Türkiyədə yerli vaxtla saat 04:08-də 5,9 bal gücündə zəlzələ baş verib. Nəticədə 46 nəfər yaralanıb. Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

Teqlər: