Rusiyaya məxsus An-26 təyyarəsi qəzaya uğrayıb

Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus An-26 təyyarəsi Voronej
vilayətində qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə
Rusiyanın Qərb Hərbi Dairəsinin (ZVO) mətbuat xidmətindən məlumat
verilib.

“Fevralın 24-də Voronej vilayətində hərbi texnikanın daşınması
üçün planlaşdırılmış uçuş zamanı Rusiya Hərbi-Kosmik Qüvvələrinə
məxsus An-26 təyyarəsi qəzaya uğrayıb. Ekipaj həlak olub. Yerdə heç
bir dağıntı yoxdur. İlkin məlumata görə, qəzaya səbəb avadanlığın
sıradan çıxması olub”, – mətbuat xidmətindən bildirilib.

Teqlər: