Bayden ABŞ, Aİ və G7-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb

ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı yeni sərt sanksiyalar və
məhdudiyyətləri açıqlayıb.

Trend xəbər verir ki, Baydenin sözlərinə görə, yeni sanksiyalar
Rusiya iqtisadiyyatına həm qısa, həm də uzunmüddətli perspektivdə
ciddi təsir göstərəcək.

O əlavə edib ki, sanksiyalara 27 Aİ üzvü və G7 üzvləri
qoşulacaq.

Söhbət Rusiyanın dollar, avro, funt sterlinq və yenlə biznes
fəaliyyətinin məhdudlaşdırılması kimi tədbirlərdən gedir.

Birləşmiş Ştatlar həmçinin 1 trilyon dollara yaxın aktivlərə
sahib olan Rusiya banklarına qarşı da sanksiyalar tətbiq edir.
Söhbət, xüsusilə, aktivləri 250 milyard dollar həcmində
qiymətləndirilən VTB bankdan gedir.

Sanksiyalar, digər məsələlərlə yanaşı, Rusiyaya yüksək
texnologiyalı məhsulların ixracını məhdudlaşdırır. Bu, kosmik
sənayeyə də aiddir.

Baydenin sözlərinə görə, tətbiq edilən sanksiyalar “SWIFT-i
sistemindən ayırmaqdan daha böyük təsir göstərə bilər”.

Teqlər: