Rusiyanın xarici borcu 5 faizdən çox azalıb

2022-ci ilin aprelin 1-dək Rusiyanın xarici borcu 453,5 milyard
dollar təşkil edib.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında
deyilir.

Bu göstərici ilin əvvəlinə olan xarici borc həcmindən 5,5 faiz
azdır.

Rusiya Mərkəzi Bankı bu il yanvarın 1-dək Rusiyanın dövlət
borcunun 478,2 milyard dollar olduğunu bildirmişdi.