Rusiyanın qərarı qəbuledilməzdir – Türkiyə Prezidenti

Xəbər - Humay Ağacanova – Trend:

Rusiyanın qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nı
tanımasını qəbuledilməz sayırıq.


Trend
-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Konqo Demokratik Respublikasından Seneqala gedən təyyarədə
jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, tərəfləri sağlam düşüncə və beynəlxalq hüquqa riayət etməyə
çağırdığını qeyd edib.

“Biz eyni zamanda Qara dəniz ölkəsiyik. Qara dəniz ölkəsi
olduğumuza görə bir çox tədbirlər paketi hazırlanmalıdır. Qara
dəniz ölkəsi olmanın bizə verdiyi məsuliyyəti bir kənara qoya
bilmərik. Bu anlayışla yolumuza davam edəcəyik”, – deyə o
bildirib.