Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib

Qara dəniz donanmasının “Moskva” kreyseri yanğın səbəbindən baş
verən sursatın partlaması nəticəsində ciddi zədələnib. Kreyserin
ekipajı təxliyə edilib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

““Moskva” raket kreyserində yanğın nəticəsində döyüş sursatı
partlayıb. Gəmiyə ciddi ziyan dəyib. Ekipaj tamamilə təxliyə
edilib”, – deyə nazirlik qeyd edib.

Nazirlik yanğının səbəbinin araşdırıldığını bildirib.

Teqlər: