Cənubi Afrikada daşqınlar nəticəsində 300-dən çox insan ölüb

Cənubi Afrikanın Durban şəhərində daşqınlar nəticəsində 306
nəfər ölüb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “The Guardian” ölkə hökumətinə istinadən
bildirib.

Qeyd edilib ki, qatarların hərəkəti pozulub. 6 mindən çox evə
ziyan dəyib. Fırtına Afrikanın ən əhəmiyyətli Durban limanına yük
konteynerlərini səpələyib, onun fəaliyyəti dayandırılıb.

“The Guardian” yazıb ki, bəzi yerlərdə magistral yolları o qədər
su basıb ki, sudan yalnız işıqforların yuxarı hissəsi
görünürdü.