Rusiyanın kamikadze PUA-ları Vinnitsaya hücum etdi

Rusiyanın kamikadze PUA-ları Vinnitsaya hücum etdi

Rusiya qoşunları kamikadze pilotsuz təyyarələrlə Ukraynanın Vinnitsa bölgəsinə hücum etməyə cəhd ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Vinnitsa Regional Hərbi Administrasiyasının sədri Sergey Borzov bildirib.

“Düşmən Vinnitsa bölgəsinə iki kamikadze pilotsuz uçan aparatla hücum edib. Hər iki PUA hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, – məlumatda deyilib.

Teqlər: