İlham Əliyev Pakistana dəvət olundu

İlham Əliyev Pakistana dəvət olundu

Azərbaycan Prezidenti İlham Əliyev Pakistana səfərə dəvət olunub.

AzerTimes xəbər verir ki, dəvəti Pakistan Baş naziri Şahbaz Şərif Astanada Prezident İlham Əliyevlə görüşü zamanı edib.

Dövlət başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.

Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirib və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.

Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.

Teqlər: