Rusiyanın Ermənistandakı bazasında güclü yanğın…

Rusiyanın Ermənistandakı bazasında güclü yanğın…

Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci rus hərbi bazasının ərazisində yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Yanğının tikinti materialları saxlanılan anbarda baş verdiyi müəyyən edilib. Məlumata görə, yanğın 500 kvadrat metri əhatə edib.

Əraziyə dörd yanğınsöndürmə briqadası cəlb edilib.

Teqlər: