Borçalı qubernatoru Bakıya gəlir

Borçalı qubernatoru Bakıya gəlir

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Giorgi Doxturaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti iyulun 13-də Azərbaycana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinə hökumət administrasiyasından nümayəndə, qubernatorun müavinləri, həmçinin Kvemo Kartli bölgəsinə daxil olan şəhər və rayonların – Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli və Tsalka şəhərlərinin merləri, o cümlədən digər rəsmi şəxslər də daxildir.

İyulun 15-dək davam edəcək səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin bir neçə dövlət qurumunda görüşləri də nəzərdə tutulub.

Səfər çərçivəsində Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri ilə Gürcüstanın Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanacaq.

Qeyd olunub ki, səfirliyin təşkilatçılığı ilə 2021-ci ilin iyul ayının 13-də Bakı ilə Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

Teqlər: