Rusiyanın bir ildəki itkiləri açıqlandı – Şok rəqəm

Rusiyanın bir ildəki itkiləri açıqlandı – Şok rəqəm

Rusiya Ukrayna müharibəsinə bir ildə 114,4 milyard dollar (ayda təxminən 10 milyard dollar) xərcləyib.

AzerTimes Qaynarinfo-ya istinadən xəbər verir ki, “Forbes”in hesablamalarına görə, bu, 2021-ci il üçün Rusiya büdcəsinin bütün gəlirlərinin üçdə birini təşkil edir.

Bu məbləğə yalnız müharibənin birbaşa xərcləri daxildir, Rusiyanın sanksiyalardan və iqtisadi təcriddən məruz qaldığı iqtisadi və dolayı itkiləri nəzərə alınmır.

Bildirilib ki, 114,4 milyardın böyük hissəsi ordunun təminatına, hərbçilərin maaşına, daha sonra isə ölən və yaralananlara görə ödənilən təzminatlara xərclənib.

Ölən hər bir rus əsgərinin (fevralnı 23-nə olan məlumata görə, 145 850 nəfər) ailəsinə 7,4 milyon rubl təzminat ödənib (təxminən 110.000 ABŞ dolları). Yəni müharibənin birinci ilində həlak olan ruslara verilən təzminatın ümumi məbləği 1 trilyon rublu ötür.

Eyni zamanda, Rusiya üçün canlı qüvvə itkisi fəlakətli həddə çatıb. Belə ki, 2023-cü il yanvarın 24-dən fevralın 24-dək 23 680 rusiyalı döyüş meydanlarında məhv edilib. Bu, ötən ilin yayında Rusiyanın orta itkilərindən dörd dəfə çoxdur.

Bundan əlavə, Rusiya Avropanın ən böyük zirehli hərbi birləşməsini – Birinci Tank Ordusunu itirib. Ümumilikdə müharibə başlayandan bəri 3350 rus tankı məhv edilib.

Həmçinin, Rusiya Ukraynada quru hərbi texnikasının təxminən 40-70%-ni itirib.

Rusiyanın müharibə başlayandan bəri itirdiyi təyyarələrin ümumi dəyəri təxminən 6,5 milyard dollardır. Məhv edilmiş helikopterlər daha 3 milyard dollara başa gəlib.

İşğalın əvvəlində Rusiyada 2727 uzaqmənzilli qanadlı və ballistik raket, həmçinin 8500-dən çox yaxınmənzilli raket (200 km-ə qədər) olub. 12 ay ərzində Rusiya ordusu 4000-dən çox raketdən istifadə edib. Son aylarda atış sürəti demək olar ki, iki dəfə azalıb – ayda 250-300 raketdən 110-180 raketə qədər.

Genişmiqyaslı müharibənin ilk doqquz ayında Rusiya Federasiyası ayda 80 raket istehsal edib. İndi isə maksimum 40 raket istehsal olunur. Bu göstərici Rusiyaya müntəzəm olaraq kütləvi raket hücumları həyata keçirməyə imkan vermir. Bununla belə, yəqin ki, onların ehtiyatında hələ də təxminən 1100-1300 uzaqmənzilli raket var.

Teqlər: