Bakı və İrəvanın onlayn müzakirəsi: mənfi tərəfi…

Bakı və İrəvanın onlayn müzakirəsi: mənfi tərəfi…

Azərbaycan və Ermənistan onlayn diplomatiyaya keçib, sülh mətni üzrə şərtlər də internet üzərindən ötürülür. Bunun müsbət yanı odur ki, tərəflər vasitəçi olmadan təmas qura, müzakirə apara bilirlər və bu, üçüncü qüvvələrin maraqlarını nəzərə almaq məcburiyyəti yaratmır, hıəmçinin, normallaşma prosesini sürətləndirə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı XİN başçısı Ceyhun Bayramovun Bakı ilə İrəvan arasında birbaşa onlayn diplomatiya aparıldığı barədə fikirləri haqda qeyd edib.

“Bunun Ermənistan hakimiyyətinin sərgilədiyi mövqe fonunda mənfi tərəfi də var. Rəsmi İrəvan intensiv şəkildə danışıqları təhrifetmə ilə məşğuldur. Vasitəçilərlə danışıqlarda ən azı “şahid” olur, birbaşa təmaslarda yalan tirajlama imkanları daha çoxdur. Misal üçün, Bakının hansısa şərtini “qulaqardına” vurmaq üçün lazım olanda “məktub çatmadı” taktikasından istifadə edə bilərlər”, – o bildirib.

Teqlər: