Fevralın 24-də Rusiyanın Odessa vilayətində hərbi hissəyə
endirdiyi aviasiya zərbələri nəticəsində 18 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Odessa vilayəti
Administrasiyasının mətbuat xidməti özünün feysbuk səhifəsində
məlumat yayıb.
Məlumata görə, həlak olanların 8-i kişi, 10-u isə qadındır.
Dağıntılar altından çıxarılan 6 nəfər Podolsk şəhər xəstəxanasına
yerləşdirilib. Onlardan 1-i xəstəxanada ölüb.